B2B Group LLC Logo
B2B Group MMC Rəqəmsal dünyada təhlükəsiz gələcək üçün sizinlə

B2B Group Mail Server-inə qoşulmaq üçün outlook necə sazlanmalıdır ?

B2B Group Mail Server — qoşulma qaydası (Web & Outlook)
Bu məqalə B2B Group Mail Server-ə veb brauzer və Microsoft Outlook (offline mail client) vasitəsilə qoşulmaq üçün hazırlanıb.
DİQQƏT: Xahiş edirik 10 dəqiqə vaxt ayırıb məqaləni oxuyun. Məqalənin sizin üçün faydalı olub olmadığını bizə bildirin. Əlavə irad və təkliflər üçün: [email protected]
Məqsəd: İstifadəçilərin e-mail xidmətinə problemsiz qoşulması və ilkin sazlanması.
Dəstək: [email protected]
Veb brauzer (Webmail)
Siz e-mail xidmətindən brauzer üzərindən istifadə edə bilərsiniz:
Açılan səhifədə sadəcə e-mail ünvanınızışifrənizi daxil edin. Daha sonra e-mail göndərə və qəbul edə bilərsiniz.
TIP: Əgər Outlook-da problem yaşayırsınızsa, müvəqqəti olaraq Webmail-dən istifadə edə bilərsiniz.
Offline mail client (Microsoft Outlook)
Əgər siz e-mailləri kompüterinizdə Outlook vasitəsilə qəbul edib göndərmək istəyirsinizsə, aşağıdakı addımları icra edin.
QEYD (Uyğun versiyalar): Outlook üçün aşağıdakı versiyalar tövsiyə olunur:
  • Microsoft Outlook 2019
  • Microsoft Outlook 2021
  • Microsoft 365 (Office 365)
Köhnə versiyalarda (məs: 2007/2010/2013) qoşulma zamanı uyğunluq problemləri yarana bilər.
Outlook-da ilk dəfə e-mail əlavə etmək
Əgər siz indiyədək Outlook-dan istifadə etməmisinizsə:
  1. Microsoft Outlook proqramını açın.
  2. E-mail ünvanınızı daxil edin.
  3. İmkan varsa, aşağıda “Let me choose my server manually” seçimini aktiv edin (tövsiyə olunur).
  4. Server seçimi çıxarsa, Exchange seçin və davam edin.
Şəkil — Outlook konfigurasiya nümunəsi
Outlook Sazlanması
Outlook-da mövcud profilə yeni e-mail əlavə etmək
Əgər siz artıq Outlook istifadə edirsinizsə və yeni e-mail ünvanı əlavə etmək istəyirsinizsə:
  1. File menyusunu açın.
  2. Account Settings seçin.
  3. Yenidən Account Settings seçin.
  4. Açılan pəncərədə New düyməsini basın.
  5. Daha sonra yuxarıda göstərilən qaydada e-mail ünvanınızı əlavə edin.
Şəkil — Account əlavə edilməsi
Account Adding
Smartfon (iOS / Android)
Əksər hallarda mobil tətbiqlərdə sadəcə e-mail ünvanınızışifrənizi daxil etmək kifayətdir.
  • iOS (iPhone/iPad): Adətən problem olmur.
  • Android: Bəzi cihazlarda Outlook ilə qoşulma zamanı çətinlik yarana bilər. Alternativ olaraq Gmail tətbiqindən istifadə edə bilərsiniz.
TIP: Mobil qoşulmada problem olarsa, Webmail (https://mail.b2bgroup.az) müvəqqəti həll kimi istifadə oluna bilər.
Tez-tez rast gəlinən problemlər
1) Şifrə qəbul edilmir / “Password incorrect”
  • Şifrənin düzgün yazıldığına əmin olun (Caps Lock, klaviatura dili).
  • Problem davam edərsə dəstəyə yazın.
2) “Something went wrong” / Qoşulma tamamlanmır
3) Köhnə Outlook versiyası
  • Outlook 2019/2021 və ya Microsoft 365 istifadə edin.
  • Əgər versiya uyğun deyilsə, IT dəstəyi ilə əlaqə saxlayın.
Əlaqə
Problem həll olunmadıqda aşağıdakı məlumatlarla müraciət edin:
  • Xəta mesajının ekran görüntüsü
  • Cihaz tipi (PC / mobil) və Outlook versiyası
  • Qoşulma üsulu (Webmail / Outlook)
B2B Group LLC | IT Support • [email protected]

Məqalə detalları

Məqalə ID-si:
8
Kateqoriya:
Əlavə olunma tarixi:
2023-10-22 15:33:48
Baxış:
681
Reytinq (Səslər):
(6)

Əlaqəli məqalələr