Indigo MMC-ya SSL VPN qoşulma qaydası
Indigo MMC SSL VPN qoşulma qaydası (FortiClient)
Bu məqalə ofisdən kənarda (evdə, xaricdə və s.) Indigo MMC şirkətinin daxili resurslarına təhlükəsiz giriş üçün hazırlanıb. VPN qoşulması FortiClient tətbiqi vasitəsilə həyata keçirilir.
DİQQƏT: Xahiş edirik 10 dəqiqə vaxt ayırıb məqaləni oxuyun. Məqalənin sizin üçün faydalı olub olmadığını bizə bildirin. Əlavə irad və təkliflər üçün: [email protected]
Məqsəd: Şirkətin daxili resurslarına ofisdən kənarda təhlükəsiz giriş (SSL VPN).
Dəstək: [email protected]
Dəstək: [email protected]
Mündəricat
VPN nə üçündür?
Əgər siz ofisdən kənarda olarkən (evdə, xaricdə və s.) Indigo MMC şirkətinin daxili resurslarından istifadə etmək istəyirsinizsə, VPN şəbəkəsinə qoşulmalısınız.
Tələblər
VPN-ə qoşulmaq üçün aşağıdakılar tələb olunur:
- Stabil internet bağlantısı
- FortiClient VPN proqramı
- Domain istifadəçi adınız (username) və şifrəniz (password)
Təhlükəsizlik: Şifrənizi heç kimlə paylaşmayın və gizli saxlayın.
FortiClient VPN yüklənməsi və quraşdırılması
FortiClient VPN proqramını aşağıdakı üsullardan biri ilə endirin:
- Rəsmi saytdan: https://www.fortinet.com/support/product-downloads
- Birbaşa yükləmə linki (Windows): FortiClientVPNInstaller.exe
Endirdiyiniz proqramı kompüterinizə quraşdırın. Quraşdırma qaydasına video üzrə baxmaq istəyirsinizsə: YouTube təlimat
TIP: Quraşdırma zamanı standart parametrləri dəyişməyin.
İlk sazlama (Configure VPN)
- FortiClient VPN tətbiqini açın.
- İlk dəfə açdıqda “Configure VPN” düyməsini basın. (Dilindən asılı olaraq fərqli görünə bilər.)
- Açılan pəncərədə parametrləri şəkildə göstərildiyi kimi daxil edin və Save düyməsini basın.
QEYD: Username bölməsinə hər istifadəçi yalnız öz domain username-ini daxil etməlidir.
Şəkil 1 — Configure və sazlama nümunəsi

Şəkil 2 — Sazlamaların nümunəsi

VPN-ə qoşulma
- Password sahəsinə şifrənizi daxil edin.
- Şifrəni hər dəfə yazmamaq üçün “Save Password” seçimini aktiv edin (yalnız şəxsi cihazlarda).
- Connect düyməsini basın.
DİQQƏT: “Save Password” seçimindən ictimai/ortaq cihazlarda istifadə etməyin.
Şəkil 3 — Qoşulma pəncərəsi

Tez-tez rast gəlinən problemlər
1) “Authentication failed” / Şifrə qəbul edilmir
- Domain username-in düzgün yazıldığını yoxlayın.
- Şifrəni yenidən daxil edin (Caps Lock, klaviatura dili).
- Problem davam edərsə dəstəyə müraciət edin.
2) “Unable to connect” / Qoşulmur
- İnternet bağlantısını yoxlayın.
- Firewall/antivirus məhdudiyyətləri ola bilər — dəstəyə yazın.
3) Sertifikatla bağlı xəbərdarlıq
- Accept/Continue seçimi varsa davam edin.
- Problem qalarsa ekran görüntüsü ilə dəstəyə yazın.
Əlaqə
Problem həll olunmadıqda aşağıdakı məlumatlarla müraciət edin:
- Xəta mesajının ekran görüntüsü
- FortiClient versiyası
- Haradan qoşulursunuz (ev/ofis/xaric)
Dəstək: [email protected]
B2B Group LLC | IT Support • [email protected]