HALAL-P MMC SSL VPN qoşulma qaydası
HALAL-P MMC SSL VPN qoşulma qaydası (FortiClient)
Bu məqalə ofisdən kənarda (evdə, xaricdə və s.) HALAL-P MMC şirkətinin daxili resurslarına təhlükəsiz qoşulma (SSL-VPN) üçün nəzərdə tutulub.
Məqsəd: Ofisdən kənarda HALAL-P MMC daxili resurslarına təhlükəsiz qoşulma (SSL-VPN).
Dəstək: [email protected]
Dəstək: [email protected]
Mündəricat
VPN nə üçündür?
Əgər siz ofisdən kənarda olarkən (evdə, xaricdə və s.) HALAL-P MMC şirkətinin daxili resurslarından istifadə etmək istəyirsinizsə, VPN şəbəkəsinə qoşulmalısınız.
Tələblər
- Stabil internet bağlantısı
- FortiClient VPN proqramı
- Domain istifadəçi adınız (username) və şifrəniz (password)
DIQQƏT (Təhlükəsizlik): Şifrənizi heç kimlə paylaşmayın və gizli saxlayın.
FortiClient VPN yüklənməsi və quraşdırılması
- FortiClient VPN proqramını aşağıdakı üsullardan biri ilə endirin:
- Rəsmi saytdan: https://www.fortinet.com/support/product-downloads
- Birbaşa yükləmə linki (Windows): FortiClientVPNInstaller.exe
- Endirdiyiniz proqramı kompüterinizə quraşdırın. (Quraşdırma qaydasına burada baxa bilərsiniz — link əlavə edilə bilər.)
TIP: Quraşdırma zamanı standart parametrləri dəyişməyin.
İlk sazlama (Configure VPN)
- FortiClient VPN proqramını açın.
- Proqramı ilk dəfə açdıqda ekranda “Configure VPN” düyməsini basın. (Dilindən asılı olaraq fərqli görünə bilər.)
Şəkil 1 — “Configure VPN” düyməsi

SSL-VPN bağlantısının yaradılması
Açılan pəncərədə aşağıdakı parametrləri daxil edin:
| Parametr | Dəyər |
|---|---|
| VPN | SSL-VPN |
| Connection Name | HALAL-P SSL VPN |
| Description | HALAL-P SSL VPN |
| Remote Gateway | vpn.halal.az |
| Customize port | Aktiv |
| Port | 443 |
| Authentication | Save login |
| Username | Sizin domain username |
| Client Certificate | None |
QEYD: Username bölməsinə hər istifadəçi yalnız öz domain username-ni daxil etməlidir.
Şəkil 2 — Sazlamaların nümunəsi

VPN-ə qoşulma
- FortiClient əsas pəncərəsində VPN adının HALAL-P olaraq seçildiyinə əmin olun.
- Password sahəsinə şifrənizi daxil edin.
- Şifrəni hər dəfə yazmamaq üçün “Save Password” seçimini aktiv edin.
- “Connect” düyməsini basın.
DIQQƏT: “Save Password” seçimindən yalnız şəxsi cihazınızda istifadə edin. İctimai/ortaq cihazlarda bunu etməyin.
Şəkil 3 — Qoşulma pəncərəsi

Tez-tez rast gəlinən problemlər
1) Authentication failed
- Username və şifrəni yoxlayın.
- Problem davam edərsə IT dəstəyə yazın.
2) Unable to connect
- İnterneti yoxlayın.
- Remote Gateway (
vpn.halal.az) və port (443) düzgün yazılıb?
3) Sertifikatla bağlı xəbərdarlıq
- Davam etmək (Accept/Continue) mümkündürsə edin.
- Problem qalarsa ekran görüntüsü ilə dəstəyə yazın.
Əlaqə
Problem həll olunmadıqda, aşağıdakı məlumatlarla müraciət edin:
- Xəta mesajının ekran görüntüsü
- FortiClient versiyası
- Haradan qoşulursunuz (ev/ofis/xaric)
Dəstək: [email protected]
B2B Group LLC | IT Support • [email protected]