3CX Proqram Tədbiqin Quraşdırma qaydası
3CX — smartfon tətbiqi və Web Client (kompüter) vasitəsilə istifadə qaydası
Bu məqalə şirkət daxildə və ya şirkətdən kənarda olarkən 3CX telefoniyadan istifadə etmək üçün hazırlanıb. Burada 3CX Web Client-in (kompüter) quraşdırılması, ilk giriş (şifrə təyini), smartfona yükləmə və QR kodla avtomatik sazlanma izah olunur.
DİQQƏT: Xahiş edirik 10 dəqiqə vaxt ayırıb məqaləni oxuyun. Əlavə sual və təkliflər üçün: [email protected]
Məqsəd: 3CX telefoniyanın şirkət daxili və xaricində stabil və təhlükəsiz istifadəsi.
Dəstək: [email protected]
Dəstək: [email protected]
Mündəricat
3CX nə üçündür və nəyi təmin edir?
3CX — şirkət telefoniyası üçün nəzərdə tutulmuş platformadır. Siz 3CX vasitəsilə:
- Şirkət daxili və xarici nömrələrə zəng edə bilərsiniz (o cümlədən şəhərlərarası və beynəlxalq).
- Həmkarlarla chat vasitəsilə yazışa bilərsiniz.
- Zəng və status idarəetməsini (Available / Away / DND və s.) rahat şəkildə edə bilərsiniz.
TIP: Smartfonla istifadə etməzdən əvvəl 3CX Web Client-i (PC) sazlamaq tövsiyə olunur — bu zaman QR kodu oxudaraq smartfonu avtomatik sazlamaq mümkün olur.
3CX Web Client (PC) — quraşdırma
3CX Web Client brauzer əsaslı tətbiqdir. Kompüterdə istifadəyə başlamaq üçün aşağıdakı linkə daxil olun:
Açılan səhifədə brauzer sizə “Install / Add to desktop” (PWA) təklif edə bilər. Quraşdırmaq tövsiyə olunur.
Şəkil — 3CX Web Client (PWA) quraşdırılması

İlk giriş — şifrə təyini (Forgot Password)
3CX-ə ilk dəfə daxil olmaq üçün siz özünüzə şifrə təyin etməlisiniz. Bunun üçün giriş səhifəsində “Forgot Password” linkindən istifadə edin.
QEYD: “Forgot Password” yazısı brauzerin və ya sistemin dilindən asılı olaraq fərqli görünə bilər.
Şəkil — Forgot Password

E-mail ünvanınızı daxil edin və “Reset Password” düyməsini klikləyin. Bu zaman 3CX tərəfindən sizin e-mail ünvanınıza Welcome Mail göndəriləcək.
Təhlükəsizlik: Welcome Mail məxfi məlumatlar ehtiva edə bilər. Heç bir halda 3-cü şəxslərlə paylaşmayın. E-mail SPAM qutusuna düşə bilər — yoxlamağınız tövsiyə olunur.
Welcome Mail — şifrəni təyin etmək
Gələn Welcome Mail məktubunda olan “Click Here” linkinə daxil olun. Açılan səhifədə yeni şifrəni təyin edin.
Şəkil — Welcome Mail

DİQQƏT (Şifrə təhlükəsizliyi): Güclü şifrə istifadə edin. Sadə şifrələr hesabın ələ keçirilməsinə və nəticədə sizin adınızdan zənglərin həyata keçirilməsinə səbəb ola bilər.
Şəkil — Yeni şifrə təyini

Chat funksiyasından istifadə
3CX Web Client bir interfeys üzərindən zənglərin idarə edilməsi, status yoxlanışı və chat vasitəsilə ünsiyyət qurmaq üçün imkanlar yaradır. Aşağıdakı nümunədə chat funksiyasının istifadəsi göstərilir:
Şəkil — Chat istifadə qaydası

Smartfon — quraşdırma və QR ilə sazlanma
PC üzərində sazlamanı tamamladıqdan sonra 3CX tətbiqini smartfona quraşdıra bilərsiniz:
- iPhone: App Store
- Android: Google Play (Samsung, Xiaomi, Honor və s.)
Şəkil — Smartfona 3CX tətbiqinin quraşdırılması

QR ilə avtomatik sazlanma: Bu, ən sürətli və rahat yoldur. Kompüterdə 3CX Web Client açıq olmalıdır və QR kod ekranda görünməlidir. Daha sonra smartfonunuzdakı 3CX tətbiqi ilə QR kodu skan edin — sazlama avtomatik həyata keçiriləcək.
Şəkil — QR kodun skan edilməsi

Tez-tez rast gəlinən problemlər
1) Welcome Mail gəlmir
- SPAM qutusunu yoxlayın.
- E-mail ünvanını düzgün daxil etdiyinizə əmin olun.
- Problem qalarsa dəstəyə yazın.
2) Şifrə qəbul edilmir
- Şifrəni yenidən təyin etməyə çalışın (Forgot Password).
- Klaviatura dili və Caps Lock vəziyyətini yoxlayın.
3) Smartfonda QR kod oxunmur
- Ekran parlaqlığını artırın.
- Kamera icazələrinin verildiyinə əmin olun.
- QR kodu daha yaxın məsafədən skan edin.
Əlaqə
Problem həll olunmadıqda aşağıdakı məlumatlarla müraciət edin:
- Səhifədə gördüyünüz xəta (screenshot)
- Cihaz tipi (PC / mobil)
- Hansı mərhələdə problem yaranır (Forgot Password, QR scan, login və s.)
Dəstək: [email protected]
B2B Group LLC | IT Support • [email protected]