B2B Group LLC Logo
B2B Group MMC Rəqəmsal dünyada təhlükəsiz gələcək üçün sizinlə

Məktub Getmir / Gəlmir — 8 Ən Çox Rast Gəlinən Səbəb

Məktub getmir / gəlmir — 8 ən çox rast gəlinən səbəb
Bu məqalə e-mail göndərərkən və ya qəbul edərkən ən çox rast gəlinən problemləri və onları özünüz yoxlaya biləcəyiniz addımları izah edir.
Qeyd: Bəzi hallarda problem təhlükəsizlik filtrindən və ya qarşı tərəfin mail sistemindən qaynaqlana bilər. Əgər aşağıdakı addımlar kömək etmirsə, IT dəstəyə yazın: [email protected]
1 dəqiqəlik mini-checklist
  • Junk/Spam qovluğunu yoxladım
  • Outbox-da qalmayıb
  • Alıcının ünvanı düzgün yazılıb
  • Əlavə fayl riskli deyil / çox böyük deyil
  • İnternet bağlantısı stabildir
1) E-mail ünvanı səhv yazılıb
Ən çox rast gəlinən səbəblərdən biridir.
Əlamət: Məktub “göndərildi” görünür, amma cavab gəlmir və ya geri dönüş (bounce) mesajı gəlir.

Yoxlayın:
  • Alıcının ünvanında hərf səhvi
  • Domen düzgün yazılıb
  • Bir neçə alıcı varsa — biri səhv olduqda problem yarana bilər
Nə edin: Ünvanı kontakt siyahısından seçin və “bounce” mesajı varsa IT dəstəyə forward edin.
2) Məktub Outbox / Göndərilməmiş qovluğunda qalıb
Outlook offline rejimi və ya şəbəkə problemi ola bilər.
Əlamət: Məktub Outbox-da qalır və göndərilmir.

Yoxlayın (Outlook):
  • Send/Receive → Work Offline aktiv deyil ki?
  • İnternet bağlantısı stabildir?
  • Outlook uzun müddət açıq qalıbsa, yenidən başladın
Nə edin: Outlook-u yenidən açın və Send/Receive (F9) edin.
3) Məktub Spam/Junk/Other qovluğuna düşüb
Məktub gəlib, sadəcə başqa qovluqdadır.
Yoxlayın:
  • Junk / Spam qovluğu
  • Other / Clutter (əgər mövcuddursa)
  • Search ilə göndərənin adı/ünvanı
Nə edin: Tapdıqda “Not Junk / This is not spam” seçin.
4) Attachment bloklanıb və ya filtrə düşüb
Bəzi fayl tipləri təhlükəsizlik səbəbilə avtomatik bloklana bilər.
Çox bloklanan fayllar:
  • .exe, .js, .bat, .cmd
  • Makro aktiv Office faylları (.docm, .xlsm)
  • Şifrəli arxivlər (.zip, .rar) və “password in email”
Nə edin: Faylı PDF formatına çevirin və ya linklə paylaşın. Problem davam edərsə IT-yə yazın.
 
5) Fayl ölçüsü böyükdür
Böyük fayllar göndərişdə gecikmə və ya bloklanma yarada bilər.
Nə edin:
  • Faylı sıxın (ZIP) — şifrəli arxiv tövsiyə olunmur
  • Faylı hissələrə bölün
  • Linklə paylaşın (cloud storage)
6) İnternet/şəbəkə problemi var
Zəif əlaqə göndəriş və qəbul prosesini poza bilər.
Yoxlayın:
  • Digər saytlar açılır?
  • VPN qoşulubsa, söndürüb test edin
  • Wi-Fi zəifdirsə, başqa şəbəkədə yoxlayın
Nə edin: Outlook-u yenidən başladın və problem davam edərsə IT-yə yazın.
7) Qarşı tərəfin mail sistemi gecikir və ya bloklayır
Problemin səbəbi qarşı tərəfdə ola bilər.
Nə edin:
  • Alternativ ünvana göndərməyə çalışın
  • “Delivery delayed / bounce” mesajı varsa IT-yə forward edin
8) Hesab məhdudiyyəti / şifrə problemi
Şifrə problemi və ya təhlükəsizlik yoxlaması səbəbilə məhdudiyyət ola bilər.
Əlamət: Şifrə qəbul edilmir, login problemi var, göndəriş dayandırılır.

Nə edin:
  • Şifrəni yenidən daxil edin (Caps Lock, klaviatura dili)
  • Problem nə vaxt başladığını qeyd edin və IT-yə yazın
IT dəstəyə müraciət edərkən nə göndərmək lazımdır?
Məsələnin daha tez həll olunması üçün müraciətinizə bunları əlavə edin:
  • Problem nədir? (gəlmir / getmir / gecikir)
  • Göndərən və alıcının ünvanı
  • Tarix və saat (təxmini)
  • Xəta mətni (əgər varsa)
  • Ekran görüntüsü (Outbox, error və s.)
  • “Bounce” və ya “Delivery delayed” varsa — həmin məktubu forward edin
B2B Group LLC | IT Support • [email protected]

Məqalə detalları

Məqalə ID-si:
12
Əlavə olunma tarixi:
2026-01-11 01:17:24
Baxış:
17
Reytinq (Səslər):
(0)

Əlaqəli məqalələr