B2B Group LLC Logo
B2B Group MMC Rəqəmsal dünyada təhlükəsiz gələcək üçün sizinlə

Attachment çox böyükdür — nə etməli?

Attachment çox böyükdür — nə etməli?
Böyük faylları e-mail ilə göndərmək əvəzinə təhlükəsiz və düzgün paylaşma üsulları
DİQQƏT: Əksər mail serverlərdə bir məktub üçün icazə verilən maksimum fayl ölçüsü 20–25 MB-dır. Bu limiti keçən məktublar geri qayıdır və ya ümumiyyətlə qarşı tərəfə çatmır.

Niyə fayl göndərilmir?

  • Fayl ölçüsü mail server limitini aşır
  • Qarşı tərəfin mail serveri böyük attachment qəbul etmir
  • ZIP/RAR arxivlər təhlükəsizlik səbəbilə bloklanır
  • Şifrələnmiş arxivlər antivirus tərəfindən silinir
Tövsiyə olunan əsas həll
Böyük faylları e-mail ilə göndərmək əvəzinə bulud fayl paylaşım servislərindən istifadə edin və fayla link göndərin.

B2B Group üçün tövsiyə olunan resurs — cloud.b2bgroup.az

cloud.b2bgroup.az — B2B Group-un daxili fayl paylaşım platformasıdır (ownCloud).

  • Giriş: e-mail ünvanınız + e-mail şifrəniz
  • Böyük faylların təhlükəsiz paylaşımı
  • Public link yaratmaq imkanı

Yeni qovluq yaratmaq:

how_to_create_new_folder_owncloud.png

Public link yaratmaq:

how_to_create_public_share_link_owncloud.gif

Alternativ fayl paylaşım servisləri

  • Google Drive — https://drive.google.com
  • OneDrive — https://onedrive.live.com
  • Dropbox — https://www.dropbox.com

❌ Səhv (pis) istifadə nümunəsi

bad_mail_example.png
Link olduğu kimi yapışdırılıb, oxunmur və qeyri-peşəkar görünür.

✅ Düzgün və peşəkar istifadə

Linki birbaşa yapışdırmaq əvəzinə, mətnə hyperlink əlavə edin.

create_hyperlink.png good_mail_example.png
Məktub oxunaqlıdır, peşəkar görünür və qarşı tərəf üçün rahatdır.
Niyə ZIP/RAR (xüsusən şifrəli) tövsiyə edilmir?
  • Bir çox şirkət ZIP/RAR faylları avtomatik bloklayır
  • Şifrəli arxivlər antivirus tərəfindən yoxlanıla bilmir
  • Belə fayllar mail server tərəfindən silinə bilər
Nəticə: fayl qarşı tərəfə ümumiyyətlə çatmır.
Əlavə tövsiyələr:
  • Link üçün mümkün olduqda oxuma (read-only) icazəsi verin
  • Linkə son istifadə tarixi təyin edin
  • Eyni faylı bir neçə dəfə mail ilə göndərməyin
B2B Group LLC | IT Support • [email protected]

Məqalə detalları

Məqalə ID-si:
16
Əlavə olunma tarixi:
2026-01-11 12:48:07
Baxış:
14
Reytinq (Səslər):
(0)

Əlaqəli məqalələr